Azərbaycanlı pianoçunun Avropada növbəti uğuru
On üç yaşlı azərbaycanlı pianoçu Minirə Nəcəfzadə Avropada növbəti uğur qazanıb. İngiltərənin Nyukasl şəhərində fortepiano ifaçılarının beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən Minirə Nəcəfzadə birinci dərəcəli diploma layiq görülüb.
Musiqiçilər ailəsində dünyaya gələn Minirə bundan əvvəl də bir sıra beynəlxalq musiqi festivallarında iştirak edərək yüksək nəticələr qazanıb. O, Fransada "Nikolay Rubinşteyn" adına müsabiqədə 9-cu, İtaliyada "Pietro Argento" adına 12-ci beynəlxalq musiqi müsabiqəsində isə 2-ci yerə layiq görülüb.
Bütün bunlarla yanaşı, gənc pianoçu "Pietro Argento" medalına və nəhayət, İspaniyanın Palma de Mallorca şəhərində keçirilmiş fortepiano ifaçılarının 17-ci beynəlxalq musiqi müsabiqəsinin "Laureat - 1-ci yer" zirvə mükafatını qazanıb. Minirə Nəcəfzadə 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə gənc istedad kimi Prezident təqaüdünə layiq görülüb.