PDF Oxu

Mədəniyyət

  • 42

“Qırmızı bağ” filminin istehsalına başlanılıb

“Qırmızı bağ” filminin istehsalına başlanılıb
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə tammetrajlı bədii film istehsalına başlayıb. Bu barədə studiyadan məlumat verilib. "Qırmızı bağ" adlı filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Vladimir Tropeznikovdur. İki hissəyə bölünən çəkiliş prosesi 2011-ci ilin yaz-payız aylarında Şəkidə aparılacaq. Filmin 2012-ci ildə hazır olması planlaşdırılır. Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Filmin hazırlıq prosessinə artıq start verilib.

Digər xəbərlər