Dekabrın 13-dən 15-dək Bakı şəhərində Türk Filmləri Festivalı reallaşacaq. Türk Filmləri Həftəsində "Bəyaz mələk", "Vizontele Tuba", "Gönül yarası", "Babam və oğlum" filmləri ilk dəfə olaraq nümayiş olunacaq.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək türk Filmləri Həftəsi 2010-cu il, eyni zamandason illər Türk filmlərinin ən önəmli və çoxsaylı mükafat qazanmış filmlərini bir araya gətirəcək. 13 dekabrda açılışı keçiriləcək film həftəsi tanınmış rejissor və aktyor Mahsun Kırmızıgülün "Bəyaz mələk" filminin nümayişi ilə başlayacaq. Türk Filmləri Həftəsi "AYS YAPIM"ın təşkialtçılığı ilə baş tutacaq.