PDF Oxu

Mədəniyyət

  • 13

Azər Rzayevin 80 illik yubileyinə həsr olunmuş görüş

Azər Rzayevin 80 illik yubileyinə həsr olunmuş görüş
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbirində görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Bakı Musiqi Akademiyasının professoru Azər Rzayevin 80 illik yubileyi ilə əlaqədar görüş keçirildi.
Niyazinin mənzil-muzeyində keçirilən tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə təşkil olunmuşdur.
Tədbirdə ilk olaraq iştirakçılara Azər Rzayevin həyat və yaradıcılığını əks etdirən slayd göstərildi.
Görüşü giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Azər Rzayevin keçdiyi sənət yolundan iştirakçılara məlumat verdi. Qeyd olundu ki, Azərbaycan musiqi sənətindəki uğurları onun dövlət tərəfindən ali mükafatlara layiq görülməsi ilə nəticələnmişdir. Belə ki, o. müxtəlif illərdə xalq artisti adına, "Şöhrət" ordeni, "Humay" mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Konservatoriyasını 2 ixtisas skripka və bəstəkarlıq üzrə bitirib, 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster- müşayiətçi kimi fəaliyyətə başlayıb. 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət, professor kimi fəaliyyətdədir. Radio və Televiziya Komitəsinin səs rejissoru, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.
Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb. Əsərləri arasında "Bakı-90" simfoniyası, skripka, viola və simfonik orkestr üçün ikili konsert, skripka və fortepiano üçün sonatina, fortepiano, skripka və violonçel triosu üçün sonata, kamera orkestri üçün "Noktürn", violonçel və orkestr üçün "Kantilena", tar və kamera orkestri üçün "Düşüncə" və "Qaytağı", simfonik orkestr üçün "Gənc ifaçılar marşı", piano üçün 6 prelüd, 3 skripka və simfonik orkestr üçün konserti var. "Musiqi aləmində" silsilə televiziya və "Opera səhnəmizin ustaları" silsilə radio verilişlərin müəllifi və aparıcısı, dövri mətbuatda məqalələr müəllifləridir.
Görüşdə çıxış edən muzeyin direktoru Rza Bayramov, sənətşünaslıq namizədi Səadət Səfərova yubilyarı təbrik edərək, onun Azərbaycan musiqi sənəti tarixinə. mədəniyyətimizə verdiyi töhfələrin əhəmiyyətini vurğuladılar.
Tədbirdə musiqi kollektivlərinin və solo ifaçıların iştirakı ilə Azər Rzayevin əsərlərindən ibarət konsert proqramı nümayiş etdirildi. Eyni zamanda, bəstəkar gənc musiqiçilərin ifalarını dinləyərək, onları maraqlandıran suallara cavab verdilər.
Sonda Azər Rzayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq hissini ifadə etdi.

Digər xəbərlər