PDF Oxu

Mədəniyyət

  • 20

Bakıda Avropa film festivalı keçiriləcək

Bakıda Avropa film festivalı keçiriləcək
Dekabrın 10-dan 16-dək Bakıda Avropa film festivalı baş tutacaq. 14 ekran əsəri nümayiş olunacaq festival Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Avropa Birliyinə üzv dövlətlərin ölkəmizdəki səfirliklərinin birgə təşəbbüsü ilə təşkil edilir. Bu tədbir Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, Avropa dəyərlərinin, mədəniyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir. Festivala Belçikanın "Hop" filmi ilə start veriləcək. Nümayiş olunacaq digər ekran əsərləri Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlanma məsələlərindən başlayaraq, qlobal istiləşmə və s. mövzuları əhatə edir. Festivalda nümayiş olunacaq bütün filmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dillərində olan subtitrlərlə veriləcək. Məlumat üçün bildirək ki, "Landmark" hotelində təqdim ediləcək filmlərə baxış pulsuzdur.

Digər xəbərlər