“O olmasın, bu olsun” filmindən nadir fotoşəkillər
Azərbaycan Dövlət Film Fonduna Hüseyn Seyidzadənin rejissoru olduğu "O olmasın, bu olsun" filminin çəkilişlərindən nadir fotoşəkillər daxil olub. Bu barədə fondun direktoru Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, kadrlar əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov tərəfindən fonda təqdim olunub. Qeyd edək ki, "O olmasın, bu olsun" filmi 1956-cı ildə dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəylinin əfsanəvi musiqili komediyası (1910) əsasında istehsal olunmuşdur.