PDF Oxu

Mədəniyyət

  • 16

Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi açılıb

Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi açılıb
"Nobel" mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsini onun dinamit istehsalı ilə məşğul olan şirkətlərindən deyil, digər şirkətlərdən, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan "Nobel Qardaşları" neft hasilatı şirkətindən əldə etdiyi gəlirlər təşkil edirdi." Bu sözlər Nobellər Ailəsi Cəmiyyətinin sədri Tomas Tidenin keçən il sərgi ilə bərabər yüksək səviyyədə təqdimatı keçirilmiş "Nobellər və Bakı nefti" kitab-albomuna yazdığı ön sözdəndir.
Sərginin Azərbaycanda nümayişi çox böyük uğur qazanmışdır və sərgi bir il ərzində Avropanın bir sıra şəhərlərində - London, Berlin, Brüssel və Frankfurtda müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun müdiri Azadə Hüseynova Londondan xəbər verir ki, noyabrın 25-də Londonda dünyanın ən məşhur hərrac evlərindən biri - Sotheby Hərracında Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin möhtəşəm açılışı olmuşdur. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdirilmişdir. Sərginin ikinci dəfə Londonda nümayişi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və təşkilatı dəstəyi ilə həyata keçirilmişdir. Layihənin müəllifləri Azada Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır. Təşkilati dəstək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Statoyl-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi Tale Heydərov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi şöbəsinin müdiri Azadə Hüseynova, Nobellər nəslinin nümayəndəsi Lüdviq Nobelin nəticəsi Qüstav Nobel, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Statoyl" şirkətinin, ingilis ictimaiyyətinin nümayəndələri və digərləri iştirak etmişlər. Dəvət olunanlar sırasında müxtəlif ölkələrin səfirlikləri, neft şirkətləri, muzey ictimaiyyəti və digər beynəlxalq təşkilatların nümayəndələri də olmuşdur.
Sərginin açılış mərasimində Sotheby Hərracının Avropa departamentinin sədr müavini lord Poltmer qeyd etmişdir ki, mövcud olduğu gündən etibarən bu sərgi Sothebydə nümayiş olunan ilk Azərbaycan sərgisidir və böyük marağa səbəb olmuşdur. Səfir Fəxrəddin Qurbanov və başqaları Azərbaycanın qədim və zəngin tarix və mədəniyyətindən danışmış, Nobel qardaşlarının Bakı fəaliyyətindən, neft strategiyasının gələcək inkişafından da söz açmışlar. Layihənin müəlliflərindən biri olan Azadə Hüseynova Sotheby Hərracının Orta Şərq və MDB üzrə direktoru Con Stivenson ilə görüşüb Azərbaycanla bağlı gələcək də həyata keçirilə biləcək layihələri müzakirə edəcəklər.
Sərgi dekabr ayında Nobellərin vətəni Stockholmda Nobel mükafatının verilməsi ərəfəsində də nümayiş etdiriləcək.

Digər xəbərlər