PDF Oxu

Mədəniyyət

  • 21

Layihə çərçivəsində filmlərin nümayişi ayda iki dəfə təşkil olunacaq.

Layihə çərçivəsində filmlərin nümayişi ayda iki dəfə təşkil olunacaq.
Azərbaycan ədəbiyyatının dünya ədəb irsi arasında öz yerinin, çəkisinin olması milli-mənəvi dəyərlərimizin məxsusiliyi, fərdi insanların yaradıcılıq imkanlarının genişliyi və manevr etmək cəhdləri, eləcə də, humanimzm prinsipləri əsasında yazıb-yaratmaq istedadı ilə bağlıdır.
 Yaranan hər bir nümunədə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret cizgiləri və s. əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq. Neçə əsrlik tariximiz, daş kitabələr vasitəsilə bizlərə əxz olunmaqdadır. Bu günlərdə "Şur" nəşriyyatı tərəfindən çapdan çıxan "Ömrün səhifələri" (Hər dövranın öz gərdişi) kitabı da məhz Azərbaycan ictimai həyatını və tarixi məqamları bizlərə təqdim edən bir nümunədir. Kitabın müəllifi  Dilarə Nağıyeva, redaktoru isə Musa Ələkbərlidir. Kitab bir insan taleyinə naxış salan illərin məcmusu əsasında yaranıb. 70 illik ömrün səhifələrin vərəqləyərkən, kitabda Dilarə xanımın keçdiyi yaradıcılıq yolu, ictimai fəaliyyəti, eləcə də, onun şəcərəsinin xeyriyyəçilik fəaliyyəti ilə tanış oluruq. Kitab müəllifin 70 illik yubileyi ərəfəsində çapdan çıxıb. Elə bu nümunə müəllifə onun ömür yolunu işıqlandıran bir sənəd və böyük hədiyyədir. Müəllif kitabın annotasiyasında yazır ki, bu sətirlər ömür kitabının ən yaddaqalan və unudulmaz səhifələridir. İtirdiklərinin çoxunu ictimai fəaliyyətində, müsahibləri ilə görüşlərində, ailəsi çərçivəsinin istisində tapdığını səmimi olaraq etiraf edən Dilarə xanım elə kitabı da bu məhəbbətin istisi olaraq Həcər hünərli, Nigar qeyrətli anası Zəhra xanıma ithaf edib. Kitaba daxil olan yazılarda müəllif haqqında ifadəsini tapmış sətirlər Dilarə xanımın vətənpərvərlik hisslərindən, onun humanizmindən, incə, nəcib duyğularından söz açır. Foto-şəkillər isə bir ömür yaşamış insanın zəngin, maraqlı cizgilərini oxuculara tanış edir. Kitabda qələmə alınan yazılar vasitəsilə tanış oluruq ki, o, xeyriyyəçilik ənənələri, yüksək əxlaqi keyfiyyətləri ilə həyatda yerini tutmuş, başqaları üçün, sözün əsl mənasında, nümunə olmaqla yaddaşlarda özünə əbədi iz qoymuş, neft milyonçusu Ağa Musa Nağıyev nəvəsi olaraq geniş və şaxəli fəaliyyəti sovet imperiyasına təsadüf edilmiş, Dilarə xanım bu yolda mənəvi sarsıntılara tuş gəlmiş, Azərbaycan qadınına məxsus dəyanət və dözümü ilə sərt buxovları dəf edə bilmişdir. Ağa Musa Nağıyevin imperiyanın qanunları qarşısında huquqlarının əlindən alınması və vətənpərvərliyinin şübhə altına alınması zamanın barışmayan mövqelərində ona güc gəlmişdir. "Bakının arxitekturasını Ağa Musa Nağıyevin 98 binası bəzəyir" başlıqlı yazıda onun mis mədənlərindən gələn gəlir hesabına nə qədər sayda bina tikdirməsi və "Qaraşəhər" də neft emalı zavodunu tikdirməsi 49 yaşlı bir insanı igidlik, mərdlik səltənətini məşhur milyonçusuna çevirir. Bu var-dövlət onun şəxsi istəklərinin reallaşmasına deyil, vətən, xalq üçün işlərin görülməsinə sərf olunur. O, uşaq ölümü ilə mübarizə aparan "Bakı cəmiyyəti"nə külli miqdarda pul köçürür. Bu və digər belə xeyriyyəçilik məqsədi daşıyan işlərə imza atan Ağa Musa Nağıyev kimi nəslin təlim-tərbiyəsi Dilarə xanıma kiçik yaşlarından aşılanır.
Kitabda oxuyuruq ki, sovet dövründə yaşanılan ictimai-siyasi böhran onun taleyindən, fəaliyyətindən yan keçmir. İllər keçsə də, bu nəslin davamçısı kimi uzun illər ağrı-acı yaşayır. 1977-ci ildə Ali Partiya Məktəbinin iqtisad fakültəsini bitirib, ilk əmək fəaliyyətinə 1959-cu ildə kino sənətində başlayır, "Azərbaycanfilm" kinostudiyasında baş redaktor köməkçisi və kadr üzrə direktor müavini vəzifələrində çalışır. Azərbaycan televiziyası ilə "Kino yenilikləri" verilişinin ilk aparıcılarından biri kimi kadrların düzgün seçilib yerləşdirilməsində, eləcə də, kino sahəsində gənc kadrların və müxtəlif peşə işçilərinin seçimində əməyi var. 1978-ci ildən bu sahədəki işini Ticarət Nazirliyində davam etdirib.
Ağa Musa Nağıyev ənənələrini yaşadan və adını daşıyan "Milli dəyərlərin qorunması" İctimai Birliyini yaradan Dilarə Nağıyeva bu  irsin, adın təbliğinə diqqət yetirərək bir sıra işləri həyata keçirmişdir. Dilarə Nağıyeva Prezident təqaüdçüsüdür. O, Heydər Əliyev ideologiyasının təbliğində fəal mövqe tutduğuna görə respublika təhsil mərkəzinin fəxri diplomuna layiq görülmüş, Xanqızı Natəvan ədəbi mükafatının laureatıdır. Soyadı, nəsli ilə fəxr edən, arzu və qüvvəsi tükənməyən Dilarə xanımın yetmiş yaşı tamam olur. Bu münasibətlə "Qafqaz Media" İctimai Birliyi tərəfindən Qızıl qələm mükafatı, "Zirvə Ziyalıları" təşkilatı, eləcə də, Əsrin Ziyalıları İctimai Birliyi tərəfindən "İlin ziyalısı" və "Xeyriyyəçi xanım" fəxri diplomuna layiq görülüb.
O, bu gün tarixdə xeyriyyəçiliyi ilə dərin iz qoymuş Ağa Musa Nağıyev nəslinin davamçısı olaraq fəxr edir. Uzun müddət kölgədə qalmış və "kapitalist" damğası altında əzilən neft milyonçusu Ağa Musa və iyirmi iki il soyadının sürgünü olan yeganə oğlu Fərəc Nağıyevlərin, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi vaxtdan etibarən qaranlıq talelərinə işıq saçıb, onların əldə etdiyi nailiyyətlərini aşkarlamaqla məşğuldur. Fərəc Nağıyev Orta Asiya, Dağıstan və Azərbaycanın ucqar rayonlarında teatrın təşkili və təbliğində böyük rolu olmasıyla bərabər, bütövlükdə, incəsənətin fədaisi olub.
Ağa Musa Nağıyevlə bağlı fəaliyyətinə görə Ümumdünya Sülh Federasiyası tərəfindən 2009-cu ildə "Sülh Səfiri" adına layiq görülüb. Əski milyonçuların varislərinin ilk nümayəndəsidir ki, "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" mövzusunda elmi iş üzərində çalışır. Bununla öyünüb, fəxr edir.
"Ömrün səhifələri" (Hər dövranın öz gərdişi) kitabı ilə Dilarə xanımın Azərbaycanın ictimai həyatında rolu olan ziyalı nəsli ilə də tanış oluruq. Bu maraq doğuran yazılar və lazımi səviyyədəki təqdimat Dilarə xanıma 70 illik yubileyində ən dəyərli hədiyyədir.    

Digər xəbərlər