PDF Oxu

Mədəniyyət

  • 12

Gəncənin xarabalıqlarında antik dövrə aid məişət əşyaları aşkar edilib

Gəncənin xarabalıqlarında antik dövrə aid məişət əşyaları aşkar edilib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında qazıntılar apararkən, burada şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkar etmişlər. İnstitutun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Arif Məmmədovun verdiyi məlumata görə, ərazidə aşkar edilmiş 16 sikkə Makedoniyalı İsgəndərin adına kəsilmiş pulların oxşarıdır. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə, buranın ən qədim insan məskəni olduğunu söyləməyə əsas verir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı antik Gəncənin yerləşdiyi ərazi də aşkar edilmişdir. Bu maddi sübutlar qədim Gəncənin antik dövrdə mövcud olduğunu bir daha təsdiqləyir. Müəyyənləşdirilmişdir ki, qədim şəhər İmamzadə kompleksindən indiki şəhərə tərəf Gəncə çayının sağ sahilində yerləşmişdir. Qeyd edək ki, ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən torpağın üst təbəqəsinin materiallarıdır və əldə edilən hər bir əşya tədqiqat üçün ekspertizaya təqdim olunur.

Digər xəbərlər