PDF Oxu

Mədəniyyət

  • 16

"Müqəddəsliyə aparan yol" kitabının təqdimatı keçirildi

"Müqəddəsliyə aparan yol" kitabının təqdimatı keçirildi
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəsliyə aparan yol" kitabının təqdimat mərasimi keçirildi.
İlk olaraq tədbir iştirkçıları bir dəqiqəlik sükutla Mübariz İbrahimovun xatirəsini yad etdilər. Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu açaraq Azərbaycanın mübarizə tarixində adını əbədiləşdirən Mübariz İbrahimovun bir örnək olaraq tariximizə saldığı izdən danışaraq, bir qeyrət məktəbi olduğunu vurğuladı. Natiq Azərbaycan şairi Qazi Bürhanəddinin söylədiyi kimi, "Yataqda ölən kişi murdar olur" deyərək, Mübarizin məhz yataqda yox, mübarizə meydanında şəhid olduğunu söylədi. Azərbaycanın namus, qeyrət simvolu kimi gənclərin həyatında onun amala, məqsədə çevrildiyin bildirdi. "O, bizlərə bir dərs verdi", - deyən A.Əmrahoğlu onun qarşısında hər kəsin mənən borclu olduğunu bildirdi. Onu unudarıqsa Azərbaycanı, anamızı, torpağımızı unudarıq, deyərək kitabı ərsəyə gətirən müəlliflərə minnətdarlığını bildirdi:"20 Yanvar faciəsi bizim təkcə hüzn günümüz deyil, həm də qürur günümüz olduğu kimi, Mübariz İbrahimovu da biz qürurla yad edirik".
Tədbin aparıcısı Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu çıxışında onun rəşadətinin Azərbaycan oğullarının səfərbər edilməsində müstəsna rol oynadığını bildirib, bu kitabın məhz milli qəhrəmanın ailəsinin göstərişi əsasında ərsəyə gəldiyini qeyd etdi. Noyabrın 26-da Biləsuvarda onun adını daşıyan liseydə kitabın təqdimatının keçiriləcəyini də diqqətə çatdırdı.
Təqdimat mərasimində çıxış edən kitabın müəllifləri Əlibala Məhərrəmzadə, Sabir Hüseynov, Novosibirskdə Heydər Əliyev Beynəlxalq Formunun prezidenti Mirkazım Seyidov, milli qəhrəman Fired Məhərrəmov Fondunun prezidenti Ədalət Məhərrəmov və başqaları Mübariz İbrahimovun keçdiyi yoldan, onun vətən yolunda şəhid olmasından söz açıb, Azərbaycan üçün bir qəhrəmanlıq simvoluna çevrilməsini qeyd etdilər. O da vurğulandı ki, artıq Mübariz İbrahimovun internet sayıtı hazırlanıb, Azərbaycan və rus dillərində təqdim olunacaq.
Kitaba Azərbaycan Prezidenti İlham Əliyevin Mübariz İbrahimovun xatirəsini əbədiləşdirlməsi, eləcə də, ona milli qəhrəman adının verilməsi ilə bağlı imzaladığı Sərəncam, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin onun atasına ünvanladığı məktub, onun yaxınlarının, əzizlərinin söylədiyi fikirlər daxil edilib.

Digər xəbərlər