"Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək
29 noyabr - 2 dekabr 2010-cu il tarixlərində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə MDB İcraiyyə Komitəsi "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək.
Açılış mərasimi 30 noyabrda kitabxananın konfrans zalında baş tutacaq.
Tədbirdə qonaq qismində Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, Rusiya Federasiyasından Nəşr və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin Dövri Mətbuat İdarəsinin rəis müavini Gennadi Kudiy, MDB müstəqil kitab yayımı Assosiasiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva da daxil olmaqla 15 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Məlumat üçün bildirək ki, 1999-u ildə yaradılmış MDB İcraiyyə Komitəsi "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şuraya ölkəmiz 2005-ci ildən üzv olub və qurumun iclaslarında ardıcıl olaraq fəal iştirak edib. Şura dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB üzv ölkələrində göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir.
Hazırda bu qurumun sədri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğludur.