PDF Oxu

Mədəniyyət

  • 15

"Fəqət, səni səslədim" adlı şeirlər kitabı çap olunub

"Fəqət, səni səslədim" adlı şeirlər kitabı çap olunub
Daşkənddəki "Fan" nəşriyyatında burada yaşayan soydaşımız, tanınmış şair İxtiyar Rzanın "Fəqət, səni səslədim" adlı şeirlər kitabı çap olunub. Kitaba şairin son illər yazdığı şeirləri və bir dastanı daxil edilib. Filologiya elmləri namizədləri Maxkam Mahmudov və Artikboy Abdullayev kitaba ön söz yazıblar. Məlumat üçün bildirək ki, şairin ilk şeirlər kitabı 1979-cu ildə Daşkənddə çap edilib. İxtiyar Rza "Əfsanələr çin ikən" (1983), "O sənsən, mənimsən" (1987), "Bəyaz" (1989), "Qanadlı, qanadsız quşlar" və digər kitabların müəllifidir. İxtiyar Rza Özbəkistanda sayılıb-seçilən şairlərdəndir, onun 60 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub.

Digər xəbərlər