PDF Oxu

Mədəniyyət

  • 23

“Naz eləmə” milli rəqsi koreyalıları heyrətləndirib

“Naz eləmə” milli rəqsi koreyalıları heyrətləndirib
Koreya Xarici Dillər Universitetində "Türk və Azərbaycan dilləri fakültəsi"nin təşkilatçılığı ilə tələbə və məzunlar üçün "Homecoming Day" adlı tədbir keçirilib. Tədbirdə "Türk və Azərbaycan dilləri fakültəsi"nin dekanı Oh Chong Jin çıxış edərək fakültə haqqında məlumat verib və hər il fakültədə təhsil alan tələbələrin sayının artdığını bildirib. Çıxışlardan sonra tələbələrin ifasında konsert proqramı təqdim olunub. BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının Koreya Xarici Dillər Universitetində fəaliyyət göstərən mədəniyyət dərnəyinin koreyalı tələbələri Azərbaycanın "Naz eləmə" milli rəqsi ilə çıxış ediblər. Milli rəqsimizi tədbir iştirakçıları maraqla qarşılayıblar. Tələbələrin çıxışından sonra dərnəyin rəhbəri Zaur Səfərov onlara Azərbaycanla bağlı hədiyyələr təqdim edib. Tədbirdə, həmçinin, qonaqlar koreyalı tələbələrin ifasında türk mahnıları da dinləyiblər.

Digər xəbərlər