“Azərbaycan cəmiyyətində mütaliə problemlərinin həllində kitabxanaların rolu”
Bu gün mütaliə problemləri dünyanın bütün ölkələrində geniş vüsət almışdır. Dünyanın bir çox qabaqcıl ölkələrində bu məsələnin həlli ilə əlaqədar beynəlxalq forumlar keçirilir. Mütaliə böhranı cəmiyyətdə sosial böhrana gətirib çıxarır və bütün bunlar ölkələrin inkişafına ciddi maneçilik törədir. Mütaliə problemi Azərbaycan cəmiyyətində də mövcuddur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" əsasında Gəncə Şəhər Mərkəzi Kitabxanasında noyabr ayının 25-də "Azərbaycan cəmiyyətində mütaliə problemlərinin həllində kitabxanaların rolu" mövzusunda dəyirmi masa keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, dəyirmi masada Gəncəbasar regionunun kütləvi, uşaq, ali və orta məktəb kitabxanaları iştirak edəcəklər.