PDF Oxu

Mədəniyyət

  • 16

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək
Noyabrın 24-25-də Türkiyə Respublikasının Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcəkdir. 2010-cu ilin may ayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) XXVII toplantısının qərarı əsasında TÜRKSOY-un Dönəm Koordinatoru seçilmiş Türkiyə Respublikasının mədəniyyət və turizm naziri cənab Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcəkdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi toplantıda Nazirliyin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaqdır. İclasda İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilmiş qərarlar, TÜRKSOY-un fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil edilməsi planlaşdırılan Türkdilli Ölkələrin Beynəlxalq Mədəniyyət Festivalı, "2010-Əhməd-Zəki Validi Toqan İli" çərçivəsində həyata keçirilmiş tədbirlər, "2011-Abdulla Tukay İli" Proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz bayramının qeyd edilməsi, 2011-ci il TÜRKSOY Fəaliyyət Proqramına əlavə və dəyişikliklər edilməsi, toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı, toplantıda TÜRKSOY-un növbəti Dönəm Koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər