PDF Oxu

Mədəniyyət

  • 20

Festivalda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq

Festivalda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq
Noyabrın 22-dən 24-dək "START" Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı öz işinə başlayacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və "CİNEMA" Mərkəzinin təşkilatçılığıyla baş tutacaq festivalda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq. Bu ildən öz statusunda dəyişiklik edən festivalın seçim komissiyasına Azərbaycan, Almaniya, Belçika, Polşa, Hindistan, Ukrayna, Rusiya, İran, Türkiyə, Gürcüstan, Latviya, Qazaxıstan, Moldova, Qırğızıstan, Özbəkistan və bu kimi ölkələrdən filmlər daxil olub. Festivalın yeniliklərindən biri də Kann və Moskva festivallarının mükafatçısı Rza Mir Kəriminin fəxri qonaq qismində iştirakıdır. Festival çərçivəsində onun və rusiyalı qonaq Rodion İsmayılovun ustad dərslərinin təşkili gözlənilir.
Məlumat üçün bildirək ki, "START" Beynəlxalq Film Festivalını 2004-cü ildə "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. "START" Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır. "START" həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.

Digər xəbərlər