PDF Oxu

Mədəniyyət

  • 19

Türk-Azərbaycan dostluq gecəsi keçirilib Tədbir “Almaniya Azərbaycan Evinin” təşəbbüsü ilə reallaşıb

Türk-Azərbaycan dostluq gecəsi keçirilib Tədbir “Almaniya Azərbaycan Evinin” təşəbbüsü ilə reallaşıb
Berlin şəhərinin "Qloria" konsert zalında "Almaniya Azərbaycan Evinin" təşəbbüsü və təşkilatı dəstəyi ilə Türk-Azərbaycan dostluq gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətidən aldığımız məlumata görə, tədbirdə Berlinin Azərbaycan, türk və yəhudi icmalarının nümayəndələri, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin əməkdaşları və onların ailə üzvlərindən ibarət 400-dən çox qonaq iştirak edib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin 1-ci katibi Fikrət Axundov və Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahattin Kaya giriş sözü ilə çıxış edərək qonaqlara, tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Daha sonra isə tədbirdə Azərbaycan və türk millətlərinin birliyi və dostluqlarının sarsılmazlığı barədə Azərbaycan və Türkiyənin Ümummilli Liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkdən sitatlar gətirilərək, Azərbaycan və türk şairlərinin şeirlərindən parçalar səslənib. Tədbirin sonunda qonaqlar, gecənin təşkilinə görə "Almaniya Azərbaycan Evinin" idarə heyətinin sədri Tofiq Qarayevə və bu cəmiyyətin üzvlərindən biri Günel Qarayevaya öz minnətdarlıqlarını bildiriblər. Keçirilmiş tədbir yerli türkdilli KİV arasında böyük əks-sədaya səbəb olub.

Digər xəbərlər