"Azərbaycanın elm və mədəniyyət həftəsi" təşkil olunacaq
Noyabrın 29-dan dekabrın 2-dək Almaniyanın Humboldt Berlin Universitetində "Azərbaycanın elm və mədəniyyət həftəsi" təşkil olunacaqdır. Elm və mədəniyyət həftəsi Azərbaycan nümayəndəliyinin bu universitetlə əməkdaşlığı nəticəsində reallaşacaqdır. Həftə çərçivəsində beynəlxalq elmi konfransın, gənclər forumunun, eləcə də, çoxsaylı konsertlərin və sərgilərin keçirilməsi planlaşdırılmışdır. Qeyd edək ki, Humboldt Berlin Universitetində "Azərbaycan tarixi" kafedrası fəaliyyətə başlamışdır. Bu kafedranın açılmasının məqsədi ölkə tarixinin təbliği, Azərbaycan tarixi sahəsində birgə elmi tədqiqatların aparılması, müəllim heyəti mübadiləsidir.