“Deyilən söz yadigardır” Respublika Bədii Qiraət Müsabiqəsi
H.Sarabski adına Mədəniyyət evində Rəsul Rzanın 100 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" Respublika Bədii Qiraət Müsabiqəsinin Bakı şəhəri üzrə seçim turu keçirilib.
Qeyd edək ki, seçim turunda 15 mədəniyyət evindən təqdim olunmuş 23 ifaçı iştirak etmişdir. Münsiflər heyəti (Azad Şükürov, Könül Axundova və Gülnarə Seyidova) tərəfindən seçilmiş 11 ifaçı 1-3 dekabr 2010-cu il tarixində Göyçay şəhərində keçiriləcək müsabiqədə iştirak edəcəklər.
Müsabiqədə Məmmədov Elməddin Nurəddin oğlu (A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi), Həsənova Sona Əli qızı (A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi), Əkbərova Aysel Nazim qızı (H.Sarabski adına Mədəniyyət Evi), Nəbiyeva Nərmin İntiqam qızı (H.Sarabski adına Mədəniyyət Evi), Rübabə Mirismayıl qızı (H.Sarabski adına Mədəniyyət Evi), Məmmədov Rasim Novruzəli oğlu (R.Axundov adına Mədəniyyət Evi), Lalayeva Yeganə Elxan qızı (Şüvəlan qəsəbə Mədəniyyət Evi) və başqaları qalib olmuşlar.