PDF Oxu

Mədəniyyət

  • 17

"Miras" sənədli filmi 13-cü Beynəlxalq Dobaşirfilm kinofestivalında

"Miras" sənədli filmi 13-cü Beynəlxalq Dobaşirfilm kinofestivalında
Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi noyabrın 11-dən 14-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək 13-cü Beynəlxalq Dobaşirfilm kinofestivalında iştirak edir. Əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film dünən -noyabrın 11-də nümayiş olunub. Qeyd edək ki, festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 33 ölkənin 50-dən artıq filmi mübarizə aparacaqdır. Onu da xatırladaq ki, "Miras" sənədli filmi oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna layiq görülmüşdür. Filmin ssenari müəllifi Esmira Eyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadədir. Filmin prodüserləri Rəşad Qasımov və Zakir Musayevdir. 2010-cu ildə "Bir addım" film studiyasında istehsal olunmuş yeni ekran əsəri artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət almışdır.

Digər xəbərlər