Serbiyalı rəssamın əsərləri nümayiş olunacaq
Noyabrın 23-də Fransa Mədəniyyət Mərkəzində serbiyalı rəssam Selena Viçkoviçin əsərləri nümayiş olunacaq. Bundan başqa, rəssamın əsərləri Fransanın Azərbaycandakı səfirliyinin binasında da sərgilənəcək. Bu, Fransanın Azərbaycandakı səfirliyinin həyata keçirdiyi mədəni layihələrdən növbətisidir.
Məlumat üçün bildirək ki, Selena Viçkoviç 1958-ci ildə Belqradda anadan olub. 1977-82-ci illərdə Belqrad İncəsənət Universitetində ali təhsil alan rəssam daha sonra təhsilini 1984-1986-cı illərdə Parisdə davam etdirib.
1989-cu ildən 1999-cu ilədək, o, Belqrad Universitetində dərs deyib. İşlə əlaqədar olaraq tez-tez Fransaya səfər edən rəssamın əsərləri Avropanın bir çox şəhərlərində sərgilənib.