Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostduyasının istehsal etdiyi "Təxəllüsü Mixaylo" (rejissor Tahir Əliyev) sənədli filmi cari il 1-5 noyabr tarixində Sankt-Peterburqda keçirilmiş Beynəlxalq "Bilik aləmi" elmi-kütləvi filmlər kinofestivalında iştirak etmişdir. Müsabiqəyə 10 ölkədən 32 film qatılmışdır. Filmimiz münsiflər heyətinin qərarı ilə "Yeni tarixi biliyin təqdimatı" mükafatına layiq görülmüşdür.