PDF Oxu

Mədəniyyət

  • 24

Azərbaycanda SounDrama janrında tamaşa nümayiş olunacaq

Azərbaycanda SounDrama janrında tamaşa nümayiş olunacaq
Noyabrın 20-dən 22-dək Gənc Tamaşaçılar Teatrının səhnəsində SounDrama janrında "Toy" tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşanın səhnə müəllifi, rejissor, aktyor və bəstəkar Vladimir Pankovdur. Qeyd edək ki, SounDrama janrı tamamilə yeni, eyni zamanda da, olduqca çətin sayılan janrdır. Bu janrda əsas aparıcı xətt səslərdir. Teatrdan verilən məlumata görə, tamaşada rus və Belarus dilləri, xalq alətləri və ənənəvi mahnıların simvolik səslənməsi vəhdət təşkil edir. Bundan başqa, SounDrama studiyasının musiqilərilə yanaşı, İqor Stravinskinin "Svadebki" əsərindən olan parçalardan da istifadə olunub. Yeri gəlmişkən, SounDrama janrının yaradıcısı elə Vladimir Pankovdur. Yeddi il ərzində SounDrama studiyası 12 layihə həyata keçirib. Sözügedən tamaşa Yanka Kupala adına Milli Akademik Teatrı (Belarus) və Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının birgə layihəsidir. Moskvadakı uğurlu premyerasından sonra tamaşa Avropaya qastrol səfərinə çıxıb və qastrol səfərinə Bakıda yekun vurulacaq.

Digər xəbərlər