PDF Oxu

Mədəniyyət

  • 12

Qurban Pirimovun 130 illik yubileyi qeyd olunacaq

Qurban Pirimovun 130 illik yubileyi qeyd olunacaq
Noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində xalq musiqiçisi, tarzən Qurban Pirimovun 130 illik yubileyi qeyd olunacaq. Yubiley gecəsində musiqiçinin həyat və yaradıcılığından bəhs ediləcək. Məlumat üçün bildirək ki, Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Qurban Pirimov bir çox məşhur xanəndələri tarda müşayiət edib. Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakıda vəfat edib.

Digər xəbərlər