PDF Oxu

Mədəniyyət

  • 16

"Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransına start verildi

"Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransına start verildi
Azərbaycanda folklorun aktual problemləri ilə məşğul olan mütəxəssislərin müntəzəm olaraq görüşlərini və elmi fikir mübadilələrini təmin etmək zəruri və vacib məsələlərdəndir. Azərbaycandakı folklor tədqiqatlarını dünya standartlarına uyğunlaşdırmaq, elmi inteqrasiyanın miqyasını genişləndirmək, qlobal folklor prosesləri ilə ayaqlaşmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən müntəzəm şəkil almış beynəlxalq simpoziumlar silsiləsindən növbəti konfransı öz işinə başladı. İki gün davam edəcək konfransda türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər, ümumiyyətlə, Azərbaycan mənəvi mədəniyyətinin müxtəlif sahələri ilə məşğul olan tədqiqatçılar qatılıblar. Bu il konfransın problematikası "türk epik ənənəsində dastan" kimi müəyyənləşdirilmişdir. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən təşkil olunub.

Digər xəbərlər