PDF Oxu

Mədəniyyət

  • 15

Respublikanın bölgələrində xalça turları təşkil ediləcək

Respublikanın bölgələrində xalça turları təşkil ediləcək
İtaliyalı mütəxəssis, Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans (İCOC) Akademik Komitəsinin sədri Alberto Boralevi Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dəvəti ilə Bakıda səfərdədir. Səfər çərçivəsində italiyalı mütəxəssis 2011-ci ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan xalçası üzrə beşinci simpoziumun İCOC-un iştirakı ilə beynəlxalq səviyyədə təşkili, həmçinin, tədbir iştirakçıları üçün xalça turunun hazırlanması işində də yaxından iştirak etmişdir. İtaliyalı mütəxəssis, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının möhtəşəm layihəsi və tikintisi ilə tanış olmuş, ölkəmizdəki xalçaçılıq ənənələri haqqında Böyük Britaniyanın nüfuzlu "Hali" jurnalında material dərc etdirəcəyini bildirmişdir. Qonaq səfəri zamanı Bakı xalçaçılıq məktəbi ilə yanaşı, Quba və Naxçıvan xalçaları ilə də tanış olmuşdur. Eyni ölkədə olmasına baxmayaraq, ornamentlər və üslub baxımından fərqliliyi diqqətindən yayınmamışdır. Qonaq Azərbaycan xalçası muzeyinin yeni binasının təqdimatının beynəlxalq miqyasda keçirilməsi fikrində olduqlarını xüsusi vurğulamışdır. Bakıya səfəri müddətində qonaq simpoziuma hazırlıq çərçivəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində görüş keçirilib. Simpozium çərçivəsində iştirakçılar üçün respublikanın bölgələrinə xalça turları təşkil ediləcəkdir. Həmçinin, məşhur muzeylərdə saxlanılan qədim Azərbaycan xalçalarının ölkəmizə gətirilərək nümayiş olunması da nəzərdə tutulmuşdur.

Digər xəbərlər