PDF Oxu

Mədəniyyət

  • 16

Azərbaycan və Sloveniya arasında dostluq əlaqələri genişlənir

Azərbaycan və Sloveniya arasında dostluq əlaqələri genişlənir
Azərbaycan və Sloveniya dövlətləri arasında dostluq əlaqələri inkişaf edir. Lyublyana Universitetinin fəlsəfə fakültəsinin etnologiya və mədəni antropologiya kafedrasında ölkəmizə həsr edilmiş tədbir baş tutub. Tələbələr qarşısında mühazirə ilə məşhur fotojurnalist, rəssam və tərcüməçi Vesna Çrniveç çıxış edib. O, Azərbaycanın tarixindən, etnoqrafiyasından, arxeologiyasından, qədim mədəni irsindən, erməni-Azərbaycan münaqişəsinin ağır nəticələrindən söz açıb. Tələbələrin və müəllimlərin iştirak etdiyi tədbirdə Azərbaycanın mədəni irsinə, o cümlədən, Qobustan qoruğuna, İçərişəhərə, Şirvanşahlar Sarayı kompleksinə, Atəşgah məbədinə həsr edilmiş bir sıra foto və videomateriallar nümayiş etdirilib. Tədbirin iştirakçıları, həmçinin, Vesna Çrniveçin çəkdiyi "Lahıca xoş gəlmisiniz" filmi ilə də tanış olublar.

Digər xəbərlər