"Eurovision - 2011" müsabiqəsində milli seçimlər kardinal olaraq fərqlənəcək
Azərbaycanın "Eurovision - 2011" təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs vermək imkanı qazanacaq. Budəfəki milli seçimlər keçənilki seçimlərdən kardinal olaraq fərqlənəcək. Belə ki, bu seçimlərdə münsiflərin rəyi ilə bərabər tamaşaçıların da səsi rol oynayacaq və "Eurovision - 2011" müsabiqəsindəki təmsilçimiz 50x50 prinsipi ilə seçiləcək. Bu səbəbdən bu il Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti xüsusi bir TV şou proyekti hazırlayır. Bu Tv Şou dünyada məşhur olan Britaniyanın "Britain`s Got Talent" TV şousunun analoqu olacaq və hətta rəngarəngliyi ilə fərqlənəcək. Bunun üçün isə Britaniyadan xüsusi mütəxəssislərin də dəvət olunacağı istisna olunmur.
"Eurovision-2011" təmsilçisinin seçilməsi ilə bağlı artıq start götürən milli seçimlərdə iştirak etmək arzusunda olanların sayı artıb.