PDF Oxu

Mədəniyyət

  • 19

Vasif Adıgözəlova həsr olunmuş festival keçiriləcək

Vasif Adıgözəlova həsr olunmuş festival keçiriləcək
Oktyabrın 27-dən 31-nə qədər Bakıda görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş festival keçiriləcək. Festival çərçivəsində oktyabrın 27-də Bəstəkarlar İttifaqının konsert salonunda kamera konserti, oktyabrın 28-də Filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının konserti (dirijor Yalçın Adıgözəlov) olacaq. Bundan başqa oktyabrın 30-da Musiqili Komediya Teatrında "Aldın payını, çağır dayını" tamaşası, oktyabrın 31-də Opera və Balet Teatrında isə bəstəkarın "Natəvan" operası nümayiş etdiriləcək.

Digər xəbərlər