PDF Oxu

Mədəniyyət

  • 24

"Taşmaydan parkı" Azərbaycan və serb xalqlarının dostluq parkına çevriləcək

"Taşmaydan parkı" Azərbaycan və serb xalqlarının dostluq parkına çevriləcək
Belqrad Meriyası və Şəhər Şurası sentyabrın 22-də keçirdiyi geniş iclasında paytaxtın "Taşmaydan" parkının ərazisində iki görkəmli tarixi şəxsiyyətin - Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması barədə qərar qəbul edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, Azərbaycan hökuməti tərəfindən abadlaşdırılacaq və iki ölkənin memarlıq üslub və ənənələrini əks etdirəcək "Taşmaydan parkı" Azərbaycan və serb xalqları arasında əbədi dostluq rəmzi olacaq. Həmçinin, Serbiyanın Voyevodina Muxtar Diyarının inzibati mərkəzi olan, ölkənin paytaxtı Belqraddan sonra ikinci ən iri şəhəri, eyni zamanda, Serbiyanın mədəniyyət beşiyi sayılan Novi Sad Meriyası və Şəhər Şurası ən gözəl istirahət guşəsi olan "Dunay parkı"nda anadan olmasının 125 illik yubileyi bu günlərdə geniş şəkildə qeyd olunan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması barədə qərar qəbul edib. Bu qərar Azərbaycan dövlətinin tövsiyəsi ilə gerçəkləşdirilib.

Digər xəbərlər