PDF Oxu

Mədəniyyət

  • 25

2-ci Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

2-ci Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək
"Kainat" Gənclik Mərkəzi 20 illik yubileyi ərəfəsində bir sıra yaddaqalan layihələr həyata keçirməkdədir. Mərkəzdən verilən xəbərə görə, hazırda kollektiv ənənəvi Uşaq Muğam Festivalının davamı kimi 2-ci Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsinə hazırlaşır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi bu il oktyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 10-a yaxın gənc istedad xalq mahnılarımızı və muğamlarımızı təqdim edəcəkdir. Bundan əlavə, festivalın final konsertində Hindistandan 1, Özbəkistandan 2, Türkmənistandan 2 və Türkiyədən 1 nəfərin iştirakı festivala xüsusi rəng çaları qatacaq. On altı yaşadək istedadların bacarığını xalq artisti Ağasəlim Abdullayevin sədrliyi ilə digər ölkələrin nümayəndələrinin də təmsil olunduğu beynəlmiləl münsiflər heyəti qiymətləndirəcək.

Digər xəbərlər