PDF Oxu

Mədəniyyət

  • 14

Sevda İbrahimovanın 70 illik yubileyi

Sevda İbrahimovanın 70 illik yubileyi
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi reallaşacaq. Bu barədə filarmoniyadan məlumat verilib. Yaradıcılıq gecəsində çıxış edənlər yubilyarın həyat və yaradıcılığından bəhs edəcəklər. Gecə səbəbkarın əsərlərindən hazırlanmış konsert proqramı ilə davam edəcək. Məlumat üçün bildirək ki, Sevda İbrahimova orqan və simli orkestr üçün konsert, solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası, qaboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi, skripka və kamera orkestri üçün musiqi, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam", səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" elegiya-xatirə, piano üçün pyeslər, simli orkestr üçün "Vətən düşüncələri", Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə yazılmış mahnı, romansların və başqa əsərlərin müəllifidir. Sözügedən yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Digər xəbərlər