Qazaxıstan Yazıçılar İttifaqının yaradılmasının 75 illik yubileyi keçirilib
Almatı şəhərində Qazaxıstan Yazıçılar İttifaqının yaradılmasının 75 illik yubileyi keçirilib. Dövlət səviyyəsində təşkil olunmuş yubiley şənliklərində postsovet ölkələrindən, eləcə də, qardaş Türkiyədən qonaqlar iştirak edib. Tədbirə "Dialoq Avrasiya" Platforması dəstək verib. İki gün davam edən mərasimdə yubiley gecəsilə yanaşı, yazıçı qurumları başqanlarının və dərgi redaktorlarının dəyirmi masaları keçirilib.
Qonaqlar, həmçinin, Almatının görməli yerlərilə tanış olublar. Yubiley şənliklərində Azərbaycanı "Ulduz" jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil edib. O, AYB sədrinin və katibliyinin təbrikini mərasim iştirakçılarına çatdırıb.