PDF Oxu

Mədəniyyət

  • 20

"İlin şəkilləri" adlı Beynəlxalq Fotosərgi açılıb

"İlin şəkilləri" adlı Beynəlxalq Fotosərgi açılıb
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Şəki şəhərindəki Çingiz Mustafayev adına klubda "İlin şəkilləri" adlı Beynəlxalq Fotosərgi açılmışdır. Oktyabrın 2-də mədəniyyət ocağında sərginin təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə incəsənət həvəskarları, ictimaiyyətin nümayəndələri, habelə, səfirliyin əməkdaşları iştirak etmişlər. Qeyd edək ki, ABŞ səfirliyi Azərbaycanda müxtəlif sahələr, o cümlədən, mədəniyyət sahəsi üzrə layihələr həyata keçirir. Amerikanın Missuri Universiteti tərəfindən təşkil olunan bu sərgi məhz belə tədbirlərdən biridir. Sərgi artıq Bakı və Gəncə şəhərlərində nümayiş olunmuşdur. Sərgi ötən il beynəlxalq müsabiqənin qalibi olmuşdur. Sərgidə nümayiş etdirilən fotoşəkillərdə dünyada baş verən hadisələr, o cümlədən, təbii fəlakətlər, ekstremal şəraitdə insanların mübarizəsi, qələbəsi əks olunmuşdur. Daha sonra sərgiyə baxış olmuşdur. Sərgidə 54 fotoşəkil nümayiş etdirilir. Fotosərgi oktyabrın 10-dək davam edəcəkdir.

Digər xəbərlər