Türk Xalqları Aşıqlarının Beynəlxalq Festivalı keçiriləcək
Oktyabrın 20-dən 28-dək Azərbaycanda ilk dəfə olaraq Türk Xalqları Aşıqlarının Beynəlxalq Festivalı keçiriləcək. Festivalda Türkiyə, İran, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, festival Bakıda Heydər Əliyev adına Sarayda başlayacaq, Gəncədə sona çatacaq. Festivalın iştirakçıları, həmçinin, Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.