PDF Oxu

Mədəniyyət

  • 16

İraqın Nəcəf şəhəri islam mədəniyyətinin paytaxtı elan edilib

İraqın Nəcəf şəhəri islam mədəniyyətinin paytaxtı elan edilib
İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin Bakıda keçirilən 6-cı iclasında İraqın Nəcəf şəhəri 2012-ci ildə islam mədəniyyətinin paytaxtı elan edilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, İraq Mədəniyyət Nazirliyi, həmin qərara müvafiq olaraq, qarşıdan gələn tədbirləri, onların büdcəsini planlaşdırmağa başlayıb. İlk növbədə, Nəcəfdə bir sıra tarix və mədəniyyət abidələrinin bərpası nəzərdə tutulub. Bu məqsədlə yerli və xarici firmalar arasında müsabiqə elan edilib. Son nəticədə 78 milyonluq layihənin icrası bir türk firmasına həvalə edilib. Layihə teatr, muzey və başqa mədəniyyət obyektlərinin tikintisini nəzərdə tutur. Məlumat üçün bildirək ki, 2007-ci il 21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində Mədəniyyət Nazirlərinin 5-ci İslam Konfransı keçirilmişdir. Konfrans nəticəsində qəbul olunmuş qətnaməyə əsasən Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

Digər xəbərlər