PDF Oxu

Mədəniyyət

  • 25

"Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi Festivalına yekun vuruldu

"Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi Festivalına yekun vuruldu
Sinqapurun "Tang" simli kvarteti Azərbaycana səfər edib. Kvartet Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. "Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan proqramda Bethovenin "Böyük fuqa Or.133", Firəngiz Əlizadənin "Oazis" və "Muğamsayağı", Barberin "Simli kvartet Or.11" əsərləri ifa olunub. Sinqapurlu musiqiçilərin ifası ilə 10 gün davam edən "Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi Festivalına yekun vurulub. Qeyd edək ki, Sinqapurun "Tang" simli kvartetində Yu-Ying NG, Chek Men ANG, Han Ling Oh və Leslie Tan təmsil olunublar. Sinqapurun ilk klassik simli kvarteti olan "Tang" 1992-ci ildə yaradılıb. Kvartet yarandığı gündən dünyanın bir çox ölkələrində çıxış edib.

Digər xəbərlər