"Həzrəti Yusif" serialının yaradıcı qrupu Bakıya gələcək
Azərbaycanın efir məkanının diqqətini çəkmiş "Həzrəti Yusif" serialının yaradıcı qrupu Bakıya gəlməyi planlaşdırır. Bu barədə serialı Azərbaycan dilinə dublyaj edən "CineSalam" şirkətinin direktoru Süleyman Fərzəliyev bildirib. Onun sözlərinə görə, filmin ssenari müəllifi və rejissoru əslən Cənubi Azərbaycandan olan Fərəcullah Sələhşur və Həzrəti Yusif rolunun ifaçısı Mustafa Zamani onunla söhbət zamanı Bakıya gəlmək arzusunda olduqlarını deyiblər. Onun sözlərinə görə, "Həzrəti Yusif"in rejissoru Fərəcullah Sələhşur Azərbaycana salamlarını çatdırmağı xahiş edib. Həm aktyor Mustafa Zamani, həm də rejissor Fərəcullah Sələşur Azərbaycanı çox sevdiklərini və tamaşaçılarla görüşmək intizarında olduqlarını deyiblər. Azərbaycanlı rejissor Sələhşur "Əshabi-Kəhf" serialı və digər filmlərin rejissoru olub. Rejissor hazırda Musa peyğəmbər haqda serial üzərində işləyir.