"Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Türkmənistanın paytaxtı Aşqabad şəhərində ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə "Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
ABŞ, Türkiyə, Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkmənistan və digər ölkələrin alimlərinin də iştirak etdikləri konfransda ölkəmizi AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyev və filologiya elmləri doktoru, professor Buludxan Xəlilov təmsil etmişlər.
Konfrans iştirakçıları "Xoca Əhməd Yasəvinin əsərlərinin əlyazma mənbələri və onun öyrənilməsi", "Xoca Əhməd Yasəvinin dövrü və XII əsr Şərq tarixi", "Xoca Əhməd Yasəvinin yaradıcılığı və türkmən klassik ədəbiyyatı", "Xoca Əhməd Yasəvinin yaradıcılığı və Səlcuqilər dövrünün türk ədəbiyyatı", "Xoca Əhməd Yasəvinin ədəbi irsi və türkmən dili" mövzuları üzrə bölmələrdə 100-dən artıq məruzə ilə çıxış etmişlər.
Azərbaycan alimlərinin böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı çıxışları maraqla qarşılanmışdır.