"40-cı qapı" Beynəlxalq "EURASİA" Film Festivalında iştirak edib
"40-cı qapı" bədii filmi Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq "EURASİA" Film Festivalında iştirak edib. Film Jury NETPAC-ın (Asiya Filmlərinin Təbliği və İnkişafı Şəbəkəsi) mükafatına layiq görülüb. Film ayrı-ayrı kinozallarda nümayiş olunub, festival iştirakçıları, yerli kinematoqrafçılar və digər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Nümayişin səhəri günü yerli televiziyaların və mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Filmin rejissoru Elçin Musaoğlu və prodüseri Xəqani Həşimov jurnalistlərin suallarını cavablandırıb. Sonda müsabiqənin nəticələri açıqlanıb və "40-cı qapı" filmi Jury NETPAC-ın (Asiya Filmlərinin Təbliği və İnkişafı Şəbəkəsi) mükafatına layiq görülüb. Film Almatı festivalında iştirak edən nümayəndələr tərəfindən Nyu-York, Hindistan və Yaponiya festivallarına da dəvət alıb.