PDF Oxu

Mədəniyyət

  • 12

Gənc musiqiçinin uğuru

Gənc musiqiçinin uğuru
Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Musiqi kollecinin ikinci kurs tələbəsi Fuad Əlizadənin istedadı və bacarığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək adı gənc istedadlar kitabına daxil edilib, gənc pianoçu üçün xüsusi aylıq təqaüd ayrılıb. Dahi Polşa bəstəkarı Frederik Şopenin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş gənc pianoçuların respublika müsabiqəsinin qalibi Fuad Əlizadənin nailiyyəti belə qiymətləndirilib. Müsabiqədə ölkənin bir sıra musiqi və orta ixtisas məktəblərinin, gimnaziyaların şagirdləri iştirak ediblər. Birinci və ikinci turdan keçmiş gənc musiqiçilər tanınmış Polşa pianoçusu Stanislav Dejaninin rəhbərlik etdiyi mötəbər münsiflər heyətinin qarşısında imtahan veriblər. Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin və laureatlarının final konserti olub. Birinci yerin sahibi Fuad Əlizadə Sumqayıt Musiqi kollecinin müəllimləri Təranə Əliyeva ilə birlikdə Şopenin yubileyinə həsr olunmuş beynəlxalq müsabiqəyə dəvət alıblar. Fuad Əlizadə Heydər Əliyev Fondunun Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə təşkil etdiyi "Müasir Azərbaycanın ən yaxşı gənc ifaçıları" layihəsində də iştirak edib. Bu müsabiqədə Sumqayıt məktəblisinin çıxışı ikinci yerlə mükafatlandırılıb.

Digər xəbərlər