PDF Oxu

Mədəniyyət

  • 16

Fərqanə Qasımova İspaniyaya qastrol səfərinə hazırlaşır

Fərqanə Qasımova İspaniyaya qastrol səfərinə hazırlaşır
Londondan yenicə qayıdan tanınmış muğam ifaçısı Fərqanə Qasımova daha bir qastrol səfərinə hazırlaşır. Bu barədə məlumat verən xanəndə qeyd edib ki, növbəti səfəri İspaniyaya olacaq. O, İspaniyanın 3 şəhərində solo konsert proqramı ilə çıxış edəcəyini bildirib: "Konsertlərim İspaniyanın 3 ayrı şəhərində olacaq. Madrid və Barselona dəqiqdir, üçüncü şəhər isə hələ müəyyənləşdirilir. Onu da deyim ki, atam olmadan hansısa xarici ölkədə konsert verməyim birinci deyil. Bir neçə dəfə belə konsertlərim olub. Odur ki, hər şeyə hazır olmaq gərəkdir".

Digər xəbərlər