PDF Oxu

Mədəniyyət

  • 17

"Cavad xan" Macarıstanda nümayiş etdiriləcək

"Cavad xan" Macarıstanda nümayiş etdiriləcək
Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunan "Cavad xan" filmi oktyabrın 5-də Macarıstanda nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, filmin nümayişi və reklamı ilə məşğul olan "Ulusfilm" prodüser mərkəzinin direktoru Gəray Əlibəyov bildirib ki, nümayiş Azərbaycanın Macarıstandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Ulusfilm" prodüser mərkəzi tərəfindən təşkil olunub. Film Budapeştin mərkəzi kinoteatrında göstəriləcək. Macarıstana Gəray Əlibəyovla yanaşı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və Cavad xan obrazının ifaçısı xalq artisti, Nurəddin Mehdixanlı da gedəcək. Oktyabrın 4-dən 8-ə kimi baş tutacaq səfər zamanı filmlə bağlı müzakirələr də aparılacaq.

Digər xəbərlər