PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak edib

Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak edib
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Fransanın Paris şəhərində keçirilən "Top Resa" və Yaponiyanın Tokio şəhərində keçirilən "JATA" Beynəlxalq Turizm Sərgilərində iştirak edib. Sərgilərdə nazirliyin, "Cəngi" Estrada Folklor Ansamblının, İmprotex Travel, AL Travel, GEO Travel, ENC Tour, Bakı Tur, Didare Melal, Millennium Touris and Congress, Gilan turizm turizm şirkətlərinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ölkəmizi təmsil ediblər. Sərgilərdə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi ilə Paris və Tokio şəhərlərinə fransız, yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğ vasitələri aparılmışdır. Hər iki sərgidə milli üslubda hazırlanmış lövhələr quraşdırılmışdır.

Digər xəbərlər