PDF Oxu

Mədəniyyət

  • 28

Bakı Turizm-İnformasiya Mərkəzi Rusiya Turizm Sənayesi İttifaqına üzv olub

Bakı Turizm-İnformasiya Mərkəzi Rusiya Turizm Sənayesi İttifaqına üzv olub
Bakı Turizm-İnformasiya Mərkəzi bu günlərdə Rusiya Turizm Sənayesi İttifaqına üzv olub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, hazırda Rusiya və qonşu ölkələrin turizm fəaliyyəti ilə məşğul olan 650-dən çox qurumu həmin ittifaqın üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən təşkilat 1300 hotel, turizm şirkəti, sanatoriya-istirahət müəssisəsi, turizm təhsili verən ali və orta ixtisas məktəbinin və digər qurumların maraqlarını qoruyur. İttifaqın Rusiyanın 70 şəhərində filialı var. Bakı Turizm- İnformasiya Mərkəzinin bu nüfuzlu təşkilata üzv olması Azərbaycanın turizm potensialının Rusiyada daha geniş tanıdılmasına xidmət edəcək. Qeyd edək ki, Bakı Turizm-İnformasiya Mərkəzi Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında 2006-cı ilin sonlarında yaradılıb. Hazırda Azərbaycanın 8 regionunda - Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.

Digər xəbərlər