PDF Oxu

Mədəniyyət

  • 26

Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzində "Bayatı gecəsi" keçirilib

Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzində "Bayatı gecəsi" keçirilib
Azərbaycanlıların Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə "Bayatı gecəsi" keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, gecəni Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq, bu mərasimi növbəti mədəni-kütləvi tədbirlərin ilk qaranquşu adlandırıb. Səfir deyib ki, şair-tərcüməçi Zezva Medulaşvili Azərbaycan bayatılarını gürcü dilinə çevirib, həmin bayatılar "1001 bayatı" kitabında Azərbaycan və gürcü dillərində işıq üzü görüb. N.Əliyev gələcəkdə belə tədbirlərin sayının artırılacağını, Borçalı bayatılarının da toplanıb nəşr edilməsinin planlaşdırıldığını bildirib. Mərkəzin rəhbəri, şair Rafiq Hümbət, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, şair-tərcüməçi Zezva Medulaşvili, professor Mahmud Hacıxəlilov, qocaman aşıq Aslan Kosalı və başqaları tədbiri alqışlamış, təşkilatçılara təşəkkür etmişdir.

Digər xəbərlər