PDF Oxu

Mədəniyyət

  • 14

"SAHƏ" bədii tammetrajlı filmi nümayiş etiriləcək

"SAHƏ" bədii tammetrajlı filmi nümayiş etiriləcək
"Nərimanfilm" kinokompaniyasından qəzetimizə verilən məlumata görə, sentyabrın 23-dən 29-dək "Nərimanfilm" kinokompaniyasının istehsalı olan "SAHƏ" bədii tammetrajlı filmi "Azərbaycan" kinoteatrında nümayiş etdiriləcəkdir. Həftə ərzində hər gün tamaşaçılar milli kinomuzu seyr edə biləcəklər.
"Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii tammetrajlı filmi maraqlı fövqəltəbiilik ilə misteriyanı - özündə birləşdirir və bu da, öz növbəsində, diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir.Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır.
Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və PAŞA Bankın iştirakı ilə ərsəyə gətirilmişdir.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa etmişlər. Həmçinin, Məmməd Səfa, Sonaxanım Mikayılova, Ruslan İsmayılov, Midhət Aydınov, Rafiz Mehdizadə, Nina Rakova, Ramis İbrahimov və başqa aktyorlar da filmin çəkilişlərində iştirak etmişlər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

Digər xəbərlər