PDF Oxu

Mədəniyyət

  • 24

"Kinoşok" Beynəlxalq Kinofestivalında Azərbaycan üçüncü yeri qazanıb

"Kinoşok" Beynəlxalq Kinofestivalında Azərbaycan üçüncü yeri qazanıb
Latviya, Litva və Estoniya XIX "Kinoşok" Beynəlxalq Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində kino layihələr müsabiqəsi də keçirilib. Bu müsabiqədə Azərbaycandan təqdim olunmuş "İki nəfərin xoşbəxtliyi" kinolayihəsi üçüncülük qazanıb. Çingiz Rəsulzadəyə məxsus olan kino layihəsi müsabiqədə qazandığı üçüncü yerə görə 200 min rublla təltif olunub. Sözügedən müsabiqədə Qran-Priyə Litva, Rusiya və Fransanın birgə istehsalı olan "Avrasiyalı" filmi layiq görülüb. Müsabiqədə II yerə və 300 min rubl pul mükafatına Litva və Rusiyanın birgə istehsalı olan "Allah bizimlədir", I yerə və 400 min rubla Rusiya-Ukrayna və Ermənistanın birgə istehsalı olan "Paracanov" filmi layiq görülüb.

Digər xəbərlər