"Ölüm növbəsi" bədii filminə baxış keçiriləcək
Sentyabrın 21-22-də Teatr Xadimləri İttifaqının tamaşa salonunda "Ölüm növbəsi" bədii filminin premyerasına baxış keçiriləcək. Bədii film dövlət sifarişi ilə "Sınaq-film" prodüser mərkəzində çəkilib. Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru Rafiq Quliyev, prodüseri Tofiq Musayevdir. Ekran əsərində rolları Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqaları ifa edirlər. Filmdə Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri öz əksini tapıb.