PDF Oxu

Mədəniyyət

  • 20

Üzeyir Hacıbəylinin imzası olan sənədlərin toplusu hazırlanır

Üzeyir Hacıbəylinin imzası olan sənədlərin toplusu hazırlanır
Dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə bəstəkarın Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan sənədləri toplanaraq nəşrə hazırlanır. Bu barədə arxivin direktoru Maarif Teymur məlumat verib. Onun sözlərinə görə, sənədlər Üzeyir bəyin Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illəri əhatə edir: "Biz Üzeyir bəyin imzaladığı bütün rəsmi və qeyri-rəsmi sənədləri, məktubları, yazışmaları topladıq. Bundan başqa qardaşı Ceyhun Hacıbəyli ilə olan yazışmaları və bəzi şəkilləri də sənədlər sırasına daxil etmişik". M.Teymur qeyd edib ki, toplanan sənədlərin Milli Arxiv İdarəsi tərəfindən kitab şəklində nəşr olunması nəzərdə tutulub.

Digər xəbərlər